Qadin.NET / Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədiblər

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədiblər

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Ağdamın işğal altında olan Qərvənd kəndinin ərazilərinə düşmən əsgərləri ötən gecə od vurublar. Qısa müddət ərzində genişlənən alov təmas xəttini aşaraq Azərbaycan Ordusunun mövqelərinə qədər gəlib çatıb. Yanğın günorta saatlarında başlayıb, qaranlıq düşdükdən sonra isə küləyin də təsiri ilə daha da şiddətlənib. 
Nəticədə alov evlərə yaxınlaşıb və kəndin kənarındakı 10-a yaxın yaşayış evi üçün təhlükə yaranıb. Dərhal hadisə yerinə FHN-nin Ağdam yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunublar. Yanğınsöndürənlərin köməyi ilə alovun evlərə keçməsinin qarşısı alınıb. Ümumilikdə alov onlarla ha ərazini əhatə edib. 
Yanğın səhər saatlarına qədər davam edib. Həmin istiqamətdə eyni zamanda tez-tez güclü partlayış səsləri də eşidilib. Ehtimala görə, qoşunlar arasındakı neytral sahədə mövcud minalar yaranan istilik nəticəsində partlayıb.

Mənbə:Milli.az

7 sentyabr 2013
GO BACK