Qadin.NET / İranlı məmur: "Obamanın qızını qarçıracağıq"

İranlı məmur: "Obamanın qızını qarçıracağıq"

 

 

İranın Kiş vilayətinin sabiq rəhbəri Əli Rza Fərqani iddia edib ki, ABŞ Suriyaya hücum edərsə, Obamanın qızlarından biri qaçırılacaq və təcavüzə məruz qalacaq. Bundan başqa, dünyanın başqa ölkələrində də Amerika vətəndaşları hücumlara məruz qalacaqlar. 
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın "The Daily Caller" internet saytı yayıb. 
"Ümid eləyirəm ki, Obama Suriyaya hücum edəcək qədər dikbaşdır. Biz də bununla ABŞ-ın maraqlarının yox olduğunu görəcəyik. Suriyaya hücumun başlamasında sonra 21 saat ərzində ABŞ dövlət başçısının, dünyadakı Amerika səfirlərinin, Amerika generallarının bir ailə üzvü qaçırılacaq. 18 saatdan sonra isə amputasiya olunmuş videoları dünyaya yayılacaq", - Əli Rza Fərqani qeyd edib. 
Qeyd edək ki, Fərqani hazırda İran Konstitusiyasının Mühafizləri Şurasının ekspertidir.

 Mənbə:Milli.az

7 sentyabr 2013
GO BACK