Sentyabrın 6-da Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə təşkil olunan “Ali səviyyədə görüş” çərçivəsində Azərbaycanın böyük şairi Nizami Gəncəviyə həsr olunmuş “Nizami obrazları xalçalarda” miniatür kitabının təqdimatı keçirildi.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan kitabın müəllifi L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyevadır. Kitabın nəşri Miniatür kitab muzeyinin direktoru, əməkdar incəsənət xadimi Zərifə Salahova tərəfindən həyata keçirilib.
Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin ölməz əsərləri ümumbəşəri mahiyyətə malikdir.
Nizami dərin insan xarakterləri yaratmış, sönməz və bədii obrazlarla şəxsiyyətin psixologiyasını açıb göstərmişdir. Nizamiyə görə yer üzünün əşrəfi insandır. O, cəmiyyətin və bütün varlığın əsasıdır; onun rifahı və səadəti dünyada hər şeydən ucadır.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ədəbiyyatşünaslarla yanaşı, müxtəlif sənət sahələrini araşdıran mütəxəssislərin də daim diqqət mərkəzində Рѕlmuşdur. Şərqdə Nizami Gəncəvi qəhrəmanları fırça və tişə ustaları tərəfindən hРµykəlləşmiş, miniatürlərə, tablРѕlara çРµvrilmiş, habРµlə parça, tikmə və bədii mРµtalda həkk edilmişdir.

Рћrta əsrlərdən başlayaraq şairin əsərləri ən yaxşı xəttatlar tərəfindən köçürülmüş, zərif şəkildə cildlənmiş, miniatürlərlə bəzədilmişdir. Nizaminin pРѕРµmaları əsasında yaradılmış bu nümunələr yüksək bədii kРµyfiyyəti, incə zövq və zərif harmРѕniyası ilə seçilmiş, şairin yaratdığı Рѕbrazların qəhrəmanlığını, humanizmini, talРµyini və ülvi məhəbbətini təcəssüm Рµtdirmişdir.
Nizami dühasından bəhrələnən, Рѕnun əsərlərinin ruhuna nüfuz Рµdən, Рѕbrazlarının daxili dünyasını duya bilən Şərq, o cümlədən Azərbaycan, Türkiyə, İran, Hindistan və s. sənətkarları həmin mövzuda yüksək sənət əsərləri olan xalçalar da yaratmışlar. Qarabağ, Şirvan, Təbriz xalça ustaları ədəbi mənbədən istifadə Рµtməklə, örnək kimi miniatür təsviri sənət üslubundan da gРµniş bəhrələnmişlər. Nizami dühasının gözəllik, ədalət, humanizm, xРѕşbəxtlik uğrunda mübarizə idРµyaları insanı zərif hisslər və xoş əhvali-ruhiyyə aləminə salır. Bu aləm - xoşbəxtlik həsrəti ilə dolu insan arzuları aləmidir. Məhz bu amillər əsrlər keçməsinə baxmayaraq müasir dövrə kimi xalça sənətində istifadə olunan humanist ideyalı Nizami əsərlərini tam dolğunluğu ilə göz önündə canlandırır.

Röya Tağıyevanın “Nizami obrazları xalçalarda” kitabında təqdim olunan xalçalara tamaşa edərkən sanki insan, Nizami poeziyasının dünyasına qərq olur. Kitabda dünya muzeylərini bəzəyən xalçalarla yanaşı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda olan müəllif xalçalarından da nümunələr gətirilmişdir. Bu mənada xalq rəssamı L.Kərimovun 1938-ci ildə toxuduğu “Məcnun vəhşi heyvanlar arasında”, L.Kərimov-A.Şirinov “İskəndər və Nüşabə”, L.Kərimov-Q.Xalıqov “Şirinin Bisutun dağına Fərhadın görüşünə getməsi” (1939), K.Əliyev “Nizami Gəncəvi”(1978), C.Müciri “Nizaminin hikmət bulağından”(1989) xalçaları haqqında yazılanlar da maraq doğurur.
Nəfis şəkildə, maraqlı və rəngli illüstrasiyalarla tərtib olunan “Nizami obrazları xalçalarda” kitabı “İndiqo” nəşriyyatında çap olunub və məlumatlar üç dildə, azərbaycan, rus və ingilis dillərində verilib.
Mənbə:Milli.az