Qadin.NET / Möhtəşəm nəticə: yuxarı, daha yuxarı

Möhtəşəm nəticə: yuxarı, daha yuxarı

 

 

Britaniyalı milyarder Riçard Brensona məxsus "Virgin Galactic" şirkəti flaqman kosmik gəmisi olan "SpaceShipTwo"nun (SS2) daha bir uğurlu sınağını keçirib.

 Sınaq zamanı pilotlu kosmik gəmi əvvəlki testlərlə müqayisədə daha sürətli uçub, daha yüksəyə qalxıb.
 Milli.Az Daily Mail-ə istinadən bildirir ki, real kosmik uçuş zamanı SS2 100 km yüksəkliyə qalxmalı, 4000 km/saat sürətlə hərəkət etməlidir.
 Belə yüksəklikdə gəminin sərnişinləri təxminən 5 dəqiqə çəkisizlik şəraitində olacaqlar.
 Kosmik gəmiyə bilet 250 min dollardır. Bu, kosmosa özəl uçuşlar variantları arasında ən ucuzudur.
"Virgin Galactic"dən verilən məlumata görə, SS2 stratosferə qalxıb.
 Əvvəlki sınaqlarda olduğu kimi, son sınqada da SS2 gəmisi Scaled Composite şirkətinin hazırladığı White Knight 2 təyyarəsi vasitəsilə səmaya qalxıb.
Bu təyyarə SS2-ni 12 km yüksəkliyə qaldırır, sonra SS2 həmin təyyarənin korpusundan start edir və startdan təxminən 20 saniyə sonra raket-təyyarə mühərriklərini işə salır.
 Son sınaqda SS2 21,2 km yüksəkliyə qalxıb və 1800 km/saat sürət əldə edib.
"Virgin Galactic"dən verilən məlumata görə, SS2-lə kosmosa uçuşlara artıq 
Mənbə:Milli.az
7 sentyabr 2013
GO BACK