Qadin.NET / Atasının ölüm günündə Ronaldu rekord qırdı: "Qələbəni atama həsr edirə

Atasının ölüm günündə Ronaldu rekord qırdı: "Qələbəni atama həsr edirə

 

 

Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldu DÇ-2014-ün seçmə məhələsində Şimali İrlandiya (2:4) yığmasının qapısından 3 top keçirərək əfsanəvi Eysebionun rekordunu qırıb. 
Milli.Az sports-a istinadən xəbər verir ki, "Real" Madridin forvardı 65, 77, 83-cü dəqiqədə fərqlənib. Beləliklə, Ronaldu Eysebionun rekordunu qırıb, hansı ki buna qədər o, yığma komandanın bombardirlər siyasında 41 qolla 2-ci idi. 
İndi isə Ronaldu 43 qolla 2-ci yerə sahibləndi, 1-ci yerdə isə 47 qolla Pedru Pauletadır. 
Əlavə edək ki, bu, yığma komandada Ronaldunun ilk het-triki idi. 
Ronaldu qələbədən sonra Twitter akkauntunda yazıb ki, qələbəni məhrum atasına həsr edib. Dünən Ronaldunun atasının ölüm günü idi.  Onun atası 8 il bundan əvvəl dünyasını dəyişib: 
"Bu qələbə Portuqaliya üçün çox vacib bir qələbə idi və mənim üçün xüsusi bir gün idi. İstəyirəm bu qələbəni atama həsr edim, hansı ki 8 il əvvəl bizi tərk edib". 

Mənbə:Milli.az

7 sentyabr 2013
GO BACK