"Rusiya Suriyaya silah satışını və iqtisadi yardımı davam etdirəcək". Milli.Az xəbər verir ki, Anspress-in məlumatına görə, bu barədə Rusiya prezidentiVladimir Putin G-20 sammitinin yekun mətbuat konfransında bildirib.
"Suriyaya yardım edəcəyikmi? Edəcəyik. İndi yardım etdiymiz kimi. Biz silah satırıq, iqtisadi sahədə əməkdaşlıq edirik", - deyə prezident vurğulayıb. Prezident qeyd edib ki, əgər Suriya hücuma məruz qalarsa, Rusiya bu ölkəyə kömək göstərməyə davam edəcək.
Mənbə:Milli.az