Qadin.NET / Pambıq yığımı gecikir

Pambıq yığımı gecikir

 

 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, bu il əvvəlki illərdən fərqli olaraq, pambığın toplanması təxminən 15 gün gecikir. El televiziyasının məlumatına görə, bununla bağlı Beyləqan rayonunda Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun alimlərinin, fermerlərin və Beyləqan rayon aqrar elm mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən “Tarla günü”ndə bildirildi ki, məhsulun gec yetişməsinin əsas səbəblərdən biri, gec yetişən sortların becərilməsidir. 
Beyləqan Aqrar Elm Mərkəzinin direktoru Əli Ələsgərov dedi ki, fermerlər yerli sortlarla yanaşı, xaricdən gətirilən sortlara da üstünlük verirlər. Hazırda xaricdən gətirilən sortlar əkilən sahələrdə məhsuldarlıq yüksək olsa da, qozaların açılması müşahidə edilmir. Tarlalarda pambıq yığımının gecikməsi təkcə məhsul itkisi deyil, həm də növbəli əkin sisteminə ciddi ziyan vurur. 
Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru Həsənalı Aslanov söylədi ki, yerli sortlarla müqayisədə xaricdən gətirilən sortlar məhsuldar olur. Lakin bu cür sortlar hələ rayonlaşdırılmadığına görə onların gec yetişməsi fermerlərə ziyan vurur. Mütəxəssislərin fikrincə, oktyabr – noyabr ayları yağıntılı olsa, pambıq daha çox itkiyə gedəcək

Mənbə:Milli.az

7 sentyabr 2013
GO BACK