Meksikada avtobus sürücülərinə qənim kəsilən qadın peyda olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Syudad-Xuares şəhərindəki avtobus sürücülərini qorxuya salan qadın qəzetlərin manşetlərindən düşmür. Sürücülər həmin qadın ucbatından işə çıxmaqdan imtina edirlər.
Qadın artıq iki sürücünü dayanacaqda güllələyib. Ekspertlər artıq ehtimal olunan caninin fotorobotunu hazırlayıblar. Polis işçiləri isə şəhərin avtoboslarında xidmət çəkir, sorğu-sual aparır ki, növbəti qətllərin qarşısını ala bilsinlər.
Sürücülərdən biri öldürülərkən hadisəyə şahid olan şəxs deyir ki, qadın atəş açmazdan əvvəl öz qurbanına belə deyib: "Uşaqlar, siz düşünürsüz ki, burada ən pis sizsiniz, elə deyil?"
Ötən həftə isə yerli qəzetlərin birinə özünü Diana - sürücü ovçusu adı ilə təqdim edən qadından elektron məktub daxil olub. Diana öz məktubunda qeyd edir ki, ictimai nəqliyyat işçiləri tərəfindən qaçırılaraq zorlanan qızların qisasını alır.
Mən və bir çox qadınlar uzun müddət susaraq çox əzab çəkmişik. Ancaq artıq dözə bilmərik. Biz uzun zaman avtobus sürücüləri tərəfindən zorlanmışıq. Mən qadınların qisas alətiyəm", - məktubda qeyd olunub.
Qadın şəhərə əsl qorxu salıb. Sürücülərin tam yarısı işə çıxmaqdan imtina ediblər. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin də sayı kəskin şəkildə azalıb.
Mənbə: Milli.Az