İran Prezidenti Həsən Ruhani İranda yaşayan kəlimiləri (yəhudiləri) və dünya yəhudilərini "Roş-Ha-Şana" (yəhudilərin Yeni ili) bayramı münasibətilə təbrik edib. Trend-in məlumatına görə, bu barədə "Asriran" xəbər saytı İran Prezidenti Administrasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.
İran KİV-lərinin məlumatına görə, hazırda bu ölkədə 10 min nəfərdən çox yəhudi yaşayır. Onlar dini azlıq kimi parlamentdə də təmsil olunurlar.
Hər il 4-5 sentyabr tarixində dünya yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər.
Mənbə: Trend.az