Qadin.NET / ABŞ Senatı Suriya üzrə qətnaməni sentyabrın 11-də səsə qoya bilər

ABŞ Senatı Suriya üzrə qətnaməni sentyabrın 11-də səsə qoya bilər

 

ABŞ Senatı Suriya üzrə qətnaməni sentyabrın 11-də səsə qoya bilər

 

 

ABŞ Senatında Suriyada məhdud hərbi əməliyyatların keçirilməsini nəzərdə tutan qətnamə üzrə səsvermə böyük ehtimalla sentyabrın 11-də baş tutacaq. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə "Reuters" agentliyi Yuxarı Palatada demokratik çoxluğun liderin köməkçisi Harri Reyddən sitat gətirir.Agentliyin həmsöhbəti bildirib ki, H.Reyd Senatın Ağ Evin "Suriya təşəbbüsü"nü dəstəkləyəcəyi ilə bağlı "ehtiyatlı optimizm"i qeyd edib.Qeyd edək ki, dünən Suriyaya zərbələri dəstəkləyən qətnamə Senatın profil komitəsi tərəfindən qəbul edilib.Bundan əvvəl ABŞ KİV-ləri bildirirdilər ki, hələlik 100 senatordan 22 deputat qətnamənin lehinə, 14-ü isə əleyhinədir.

Mənbə:Trend.az

6 sentyabr 2013
GO BACK