İnternet şəbəkədə Citroen Cactus konseptini məxfilikdən çıxartdılar. Avtomobil haqqında rəsmi informasiya yalnız sabah açıqlanmalıdır, amma yeni avtomobilin şəkilləri artıq şəbəkədə yerləşdirilib. Konseptin premyerası Frankfurt avtosalonunda olacaq.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Cactus cizgiləri ilə Range Rover Evoque modelini çox xatırladır. O yeni texnologiyaların təcəssüm etdiyi bir avtomobil olmalıdır. "Air Bump" bamperləri xırda batıqlara və sıyrıntılara qarşı möhkəmdir, konsept unikal havalanma və innovasiya multimedia sistemləri əldə edəcək.
Avtomobilin texniki xüsusiyyətləri haqqında hələ ki, heç nə məlum deyil. Ehtimal ki, Cactus elektrokar olacaq və ya hibrid güc qurğusu ilə təchiz ediləcək.
Mənbə:Milli.az