Qadin.NET / Samsung Galaxy Note 3 göstərildi

Samsung Galaxy Note 3 göstərildi

 

 

 

Koreyanın Samsung şirkəti Berlində keçirilən IFA sərgisində Galaxy Note 3 smartfon modelini təqdim edib.

 Qurğunun ekran diaqonalı birinci və ikinci Note modellərinin ekranından daha böyük olmaqla 5,7 düym təşkil edir və təsvir ölçüsü 1920x180 pikselə bərabərdir. Eyni zamanda Galaxy Note 3 əvvəlki modellərlə müqayisədə həm nazik, həm də yüngüldür (168 qram).
 Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfonun digər fərqləndirici cəhəti qurğunun arxa hissəsinin materialının dəridən hazırlanmasındadır.
Aparat 2,3 giqahers takt tezlikli dördnüvəli prosessor və 3 giqabaytlıq operativ yaddaş ilə təchiz olunub. Smartfon 4K/Ultra HD təsvir ölçüsündə video çəkmək imkanına malikdir. Təsvir ölçüsünü Full HD-dək endirməklə çəkilişi saniyədə 60 kadr sürətində aparmaq mümkündür.
 Digər Note modelləri kimi qurğu stilusla (elektron qələm) təchiz edilib. Satışlarına sentyabrın 25-dən 149 ölkədə başlanılan smartfonu 32 və 64 giqabayt yaddaşla 2 variantda əldə etmək mümkün olacaq.
Mənbə:Milli.az
6 sentyabr 2013
GO BACK