Qadin.NET / Hava haqqında - 06.09.2013

Hava haqqında - 06.09.2013

 

Hava haqqında - 06.09.2013
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 18-23°, gündüz 25-30° isti, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində 
dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti olacaq.


Naxçıvan Muxtar Respublikasında hava gündüz, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava gündüz, əsasən, yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək
Temperaturun gecə 17-22°, gündüz 24-29° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
, əsasən, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Havanın temperaturunun gecə 14-19°, gündüz 22-27° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 19-24°, gündüz 28-33° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında 
arabir yağış yağacağı gözlənilir.

Temperaturun gecə 20-24°, gündüz 25-30° isti, dağlarda gecə 14-18°, gündüz 20-25° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 6-7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi əksər meteohəssas insanlar üçün, əsasən, əlverişlidir. 
Mənbə: Milli.az

 

6 sentyabr 2013
GO BACK