Qadin.NET / Günün ulduz falı - 06.09.2013

Günün ulduz falı - 06.09.2013

 

Günün ulduz falı - 06.09.2013
Qoç - ev işləri və məişət qayğılarının həlli üçün əlverişli gündür. Bu işlər yorucu təsir bağışlamır, sizi usandırmır. 
Yaşam arealınızda qayda yaradın, interyeri yeniləyin. Tənha qalmaq istəsəniz, bu ehtiyacınızı ödəyin. 
Son günlər baş verən hadisələri ciddi götür-qoy edin, gələcəklə bağlı planlar hazırlayın.
Günün ikinci yarısında xoşagəlməz insanlarla bir arada olmaq məcburiyyətində qalacaqsınız. 
Başqalarının tapşırıqlarını yerinə yetirmək çox vaxt ala bilər. Qıcıqlanmayın, soyuqqanlı davranın.
Şəxsi işlərinizə kiminsə qarışmaq istəyi sevdiyiniz insanla münasibətlərinizə təsir edəcək.
Axşam saatlarında istirahət edin.
 
Buğa - səy göstərməsəniz və çalışmasanız, rutin, adi bir gün yaşayacaşqsınız. 
Təxəyyül və fantaziyanızı işə salın. Dərhal həyata keçirilməsi layiq ideya yarana bilər. İntuisiyanız çox kəskindir. 
Bu səbəbdən də qərarları sürətlə qəbul edin, yaxın ətrafınızdakı insanları təccübləndirin.
Köhnə dostlarla görüş, yeni tanışlarla ünsiyyət üçün yaxşı zamandır. Ortaq məxrəcə gəlmək çətin deyil.
Axşam saatlarında təbiətdə dincəlin. Alış-verişdə simiclik etməyin. Yeni adətlərin arasında zərərli vərdiş də var.
 
Əkizlər - ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. İndiyədək bir-birinizi yaxşı anladığınız insanla belə, mübahisə yaranır. 
Münaqişə etməyin, diskussiyalara rəvac verməyin. Ən kiçik məsələyə görə sizdən inciyəcəklər. Ailə üzvləri və qohumlar üçün nə etsəniz də, bəyənməyəcəklər.
Maliyyə fonu uğurlu deyil. Xərcləri azaldın.
Planlarınızın alt-üst olmaması üçün qətiyyətli davranın. Əsas məsələ məşğul olduğunuz işə diqqəti azaltmamaqdır.
Günün əvvəlində yaxşı olmayan əhvalınız axşam saatlarına yaxın düzələcək.
 
Xərçəng - gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Çətinliklər və problemlər qarşısında əsla geri çəkilməyin. İnad və əzmlə irəliləyin.
Çalışdığınız hər yerdə özünüzü rahat hiss edin.
Günün ikinci yarısında yaşam potensialı səviyyəsi bir qədər aşağı düşəcək. Xroniki ağrılar özlərini xatırlatsalar da, səhhətlə bağlı ciddi problemlər olmayacaq.
Bu gün məişət əşyaları, xüsusilə də mürəkkəb avadanlıq və ya texnika almaq məsləhət deyil. Onlar tezliklə sıradan çıxa bilərlər. 
Səfərə və ya səyahətə yollanın. Marşrutu əvvəlcədən dəqiq bəlirləyin.
 
Şir - narahat, qarışıq, mürəkkəb gündür. Həll tələb edən məsələlər və problemlər sürəkli artığından çoxdan bəri hazırladığınız planı reallaşdıra bilməyəcəksiniz. Ən çətin anda yardım alacaqsınız. Yaxın gələcəklə bağlı perspektivləri təhlil edin.
Ümid, vəd verməyin. Bu vədi yerinə yetirmək asan deyil. Özünüzü qoruyun.
Yaşam tonusu səviyyəsi yüksək deyil. Ağrılar və travmalar riski var.
Yeməyinizə fikir verin.
 
Qız - istənilən formadakı kənar təsirlərə həddən ziyadə həssas olmayın. Yad təsir altına düşməyin. Bu gün mühüm qərarları müstəqil şəkildə qəbul etməlisiniz. 
Başqalarının məsləhətlərinə yox, sağlam məntiqə qulaq asın. Maliyyə və əmlak probleminin həlli, gəlir və uğurlu sövdələşmə, yaxşı sifariş qəbulu istisna deyil.
Alış-verişdə simiclik etməyin. 
Emosional durumunuza nəzarət edin. Əhvalınız pozularsa, sinir tarazlığının bərpası çox vaxt alacaq.
Günün ikinci yarısında bəzi işləri təxirə salaraq vacib məsələnin çözülməsi ilə məşğul olmaq gərəkdir.
Tənbəllik etməyin.
 
Tərəzi - ünsiyyət üçün uğursuz gündür. Vaxtınızı, gerçəkdən də, bəyəndiyiniz insanlarla keçirin. 
Digər şəxslərlə təmaslara ciddi ehtiyac yoxdur. Maliyyə çətinlikləri yarana bilər. Pul sərfiyyatınız ailə üzvlərinin xoşuna gəlir. 
Münaqişəyə yol verməmək üçün qərarlarınızı izah edin.
Günün ikinci yarısında planlardan imtina edərək improvizasiyaya əl atmaq məcburiyyətinin yaranacağına hazır olun. 
Yaşlı qohumlarınız işlərinizə qarışır və çox vaxt bu müdaxilələr nəcib hərəkətlər təsiri bağışlamır. Yaradıcılıq məşğuliyyətləri, bilik və bacarıqların artırılması üçün əlverişli zamandır.
 
Əqrəb - günün ilk yarısı uğursuz keçir. Maraqlarınızı qorumaq, sakit davranmaq, sizə hücum çəkən insanla normal rəftar etmək çətindir. 
Səfər və ya səyahət zamanı həlli çox ağır problem yarana bilər.
Səhhətinizə fikir verin. Kiçik məişət texnikası almaq olar. Alış-verişdə bədxərclik etməyin. 
Sevdiyiniz insanla münasibətləriniz harmonikdir. Onunla asanlıqla ümumi dil tapır, vaxtınızı normal keçirirsiniz. 
Köç, səfər, daşınmaz əmlakın alınması, inşaat və ya təmirə başlamaqla bağlı məsələləri müzakirə etmək olar.
 
Oxatan - gün asan və xoşagələn deyil. Fəqət, yaşam potensialı səviyyəniz yüksək, enerjiniz isə istənilən çətinliyin öhdəsindən gəlmək üçün yetərincədir.
Əsas məsələ gündəlik qayğılarda itib-batmamaq, maraqlı məşğuliyyət, xoş insanlarla ünsiyyət üçün vaxt tapmaqdır.
Rutin işlər bu gün sizi yoracaq. 
Estetik zövqünüzü korlamayın.
Axşam saatlarında gəzintiyə vaxt tapın. Bu, başağrı və yuxusuzluqdan qurtulmaq üçün yaxşı vasitədir.
Kulinar eksperimentlərdən imtina edin, adət etdiyiniz təamlara üstünlük verin.
 
Oğlaq - hər şey asanlıqla əldə olunmur. Qarşınıza çıxan sədləri, yolunuzdakı maneələri qətiyyətlə dəf edin. 
Qətiyyətli olsanız, indiyədək sizə pis münasibət bəsləyən insanın belə, rəğbətini qazana bilərsiniz. Əks cinsin mənsubu ilə ünsiyyət üçün yaxşı zamandır. 
İntuisiyanız dürüst qərarlar qəbul etməyinizə imkan verir. Hansısa qərar və addımınızı izah edin. Əks təqdirdə uğura nail olmaq çətinləşəcək. 
Gəlir istisna deyil. Bir zamanlar itirdiyiniz, sizin üçün dəyərli əşyanı tapa bilərsiniz.
Axşam saatlarında təbiət qoynunda istirahət edin.
 
Dolça - önəmli gündür, ehtiyatlı olun. Uzunmüddətli fəsadları və çox xoşagəlməz nəticələri ola biləcək səhv edə bilərsiniz. 
Əks cins mənsubu ilə dil tapmaq çətindir. O, sizi aldadır, etimadınızdan sui-istifadə edir, bəzənsə aşkar yalan danışır. Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil
Anlaşma, müqavilə və sövdələşmələr üçün əlverişli gün deyil. 
Ev işləri ilə bağlı problemlər yaranır. Məişət texnikası sıradan çıxır, ehtiyatsız davranışınız nəyinsə sınmasına səbəb olur. 
Ən sadə məsələlərin həlli xeyli vaxt alır. Dostlara baş çəkin, görüşün.
Axşam saatlarında qonaqlar ola bilər.
 
Balıqlar - ətrafınızdakı insanların nə demələrindən asılı olmayaraq gərəkli bildiyiniz işlə məşğul olun. Seçdiyiniz yol sizi məqsədə aparır. 
Atdığınız addımlar və qəbul etdiyiniz qərarlar kiməsə qəribə, ekstravaqant təsir bağışlaya bilər. Amma motivlərinizi anlayacaq və sizi dəstəkləyəcək şəxslər də olacaq.
Ciddi görüş istisna deyil. Yeni romantik münasibət bir müddət sonra ciddi təmasa çevrilə bilər. 
İctimai və ya siyasi tədbirə, xeyriyyə aksiyasına qatıla bilərsiniz. 
Yardıma ehtiyacı olana kömək edin. Mühüm məsələlərin müzakirəsi, peşəkar fəaliyyətinizlə bağlı məqamların nəzərdən keçirilməsi üçün əlverişli zamandır.
Mənbə: Milli.az

 

6 sentyabr 2013
GO BACK