Qadin.NET / İndoneziya Azərbaycanla birgə avtomat istehsal etmək istəyir

İndoneziya Azərbaycanla birgə avtomat istehsal etmək istəyir

 

İndoneziya Azərbaycanla birgə avtomat istehsal etmək istəyir

 

İndoneziyanın “PT Pindad” şirkəti Azərbaycana birgə avtomat silahların istehsalını təklif edib.

Bu barədə APA-ya “PT Pindad” şirkətindən məlumat verilib.

Şirkət SS-2 avtomat tüfənginin birgə istehsalı təklifi ilə cari ilin əvvəlində, Bakıya səfər zamanı çıxış edib. Azərbaycan tərəfi bu təklifə baxıla biləcəyini bildirib.

Yeni nəsil hücum tüfənglərindən sayılan SS-2 avtomatının 5.56x45 mm çaplı 3 fərqli modifikasiyası mövcuddur.

İndoneziya müdafiə sənayesinin əsas qurumlarından olan “PT Pindad” müxtəlif hərbi nəqliyyat vasitələri, döyüş maşınları, sursatlar, müxtəlif çaplı silahlar istehsal edir. Şirkətin istehsal etdiyi SS-1 və SS-2 avtomat tüfəngləri hazırda İndoneziya ordusu ilə yanaşı bir neçə ölkənin silahlanmasında yer alır.

Mənbə: Lent.az

5 sentyabr 2013
GO BACK