Qadin.NET / Azərbaycan ərazisində sentyabrın 7-də yağışlar kəsəcək, hava nisbətən mülayimləşəcək

Azərbaycan ərazisində sentyabrın 7-də yağışlar kəsəcək, hava nisbətən mülayimləşəcək

Azərbaycan ərazisində sentyabrın 7-də yağışlar kəsəcək, hava nisbətən mülayimləşəcək

Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s sürəti ilə əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-24, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 6-da arabir yağış yağacaq, gündüz kəsiləcək.

Sentyabrın 7-də isə rayonlarda hava əsasən yağmursuz keçəcək. Respublikanın cənub rayonlarında yağışın sentyabrın 7-də gündüz tədricən kəsiləcəyi gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

 

Mənbə: Trend.az

5 sentyabr 2013
GO BACK