Qadin.NET / Bu gün Siyavuş Aslanın doğum günüdür

Bu gün Siyavuş Aslanın doğum günüdür

 

 

 

Azərbaycan Respublikasının xalq artisti, "Şərəf" ordenli Siyavuş Aslanın bu gün doğum günüdür. Milli.Az xəbər verir ki, Siyavuş Aslan 5 sentyabr 1935-ci il tarixində Bakı şəhərində anadan olub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub:
Bayram ("Kəndimizin mahnısı", K. Kərimov),
İbişov ("Özümüz bilərik", Ş. Qurbanov),
Fürzuzbala ("Altı qızın biri Pəri", M. Əlizadə),
Şubay ("Ulduz"),
Dadaşbala ("Hicran", S. Rəhman),
Qəmzəli ("Qaçırılmış qız", C. Məmmədov),
Misir Nəsir ("Lənət sənə, kor şeytan", F. Aşurov),
Orduxan bəy ("Əlli yaşında cavan", Z. Hacıbəyov)
Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru olub və bir çox rəngarəng obrazlar yaradıb:
Mindilli ("Nişanlı qız", S. Rəhman),
Luka ("Həyatın dibində", M. Qorki),
Ağaəli ("Günah", R. Əlizadə),
Romul Avqustul ("Böyük Romul", F. Dürrenmatt),
Oddamdı ("Od gəlini", C. Cabbarlı),
Fəriş ("Bizim qəribə taleyimiz", İ. Əfəndiyev),
Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İ. Əfəndiyev),
Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İ. Əfəndiyev),
Vanya Koxa ("Hökmdar və qızı", İ. Əfəndiyev),
Qərib Qulam ("Mənsiz dünya", N. Xəzri),
Əsdulla ("Ah, Paris…Paris!..", Elçin),
Kişi ("Mənim ərim dəlidir", Elçin),
Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin),
Poloni ("Hamlet", U. Şekspir),
Sarı ("Varlı qadın", Ə. Əmirli),
Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani)
Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi.
Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Mənbə: Milli.Az

 

5 sentyabr 2013
GO BACK