Qadin.NET / Səhiyyə Nazirliyi 5 yeni elektron xidmət istifadəyə verdi

Səhiyyə Nazirliyi 5 yeni elektron xidmət istifadəyə verdi

 

Azərbaycan Səhiyyə Nazirliyi 5 yeni elektron xidmətini Elektron Hökumət portalına təqdim edib

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin xidmətlər radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi, ionlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloji rəyin verilməsi, rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi, tikinti üçün torpaq sahəsinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğuna dair rəyin verilməsi, tikinti və yenidən qurma layihələrinə sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbuludur.
Xidmətlərə həm fiziki, həm də hüquqi şəxslər müraciət edə bilərlər. Ərizələrin elektron müraciəti üçün lazımi sənədlərin elektron versiyaları tələb olunur.
Mənbə: Milli.Az

 

5 sentyabr 2013
GO BACK