ABŞ-ın müdafiə naziri Çak Heygel hesab edir ki, Rusiya və digər ölkələrBəşər Əsədi kimyəvi silahla təchiz edir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Çak Heygel bunu Konqres dinləmələrində deyib.
"Sirr deyil ki, Əsəd rejimi kimyəvi silah ehtiyatı toplayıb", - deyə Heygel bildirib.
Konkret olaraq, hansı ölkədən silahın gəlməsi haqqında konqresmenin sualını cavablandıran müdafiə naziri söyləyib ki, Rusiya və digər ölkələr Suriyaya kimyəvi silah çatdırır.
Mənbə:Milli.az