Qadin.NET / Sərdar Cəlaloğlu: "Milli Şura artıq yoxdur"

Sərdar Cəlaloğlu: "Milli Şura artıq yoxdur"

 

“Ya demokratiya var, ya da ki yoxdur. Demokratik dəyərlər olmayan yerdə mənfəət də olmaz. Bu baxımdan mən düşünürəm ki, Milli Şuranın formalaşmasında demokratik prinsiplər pozulduğuna görə, prosesin sonu da bu cür oldu”. 

 

Bu sözləri Milli.Az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuradakı son durumu şərh edərkən deyib. 
O hesab edir ki, hazırda müxalifətdə yalnız İctimai Palata var. Milli Şuranın əsas qüvvəsi İctimai Palatadır. 
“Mənə elə gəlir yenidən siyasi proseslərin ağırlıq mərkəzini İctimai Palataya keçirmək lazımdır. Onlar bu addımı atsalar, daha doğru olar. Çünki Rüstəm İbrahimbəyovun simasında Milli Şura artıq yoxdur”, - o əlavə edib. 
Sərdar Cəlaloğlu hesab edir ki, bundan sonra Milli Şuranın dağıldığının rəsmən elan olunması qalır. 
“Təşkilatların siyasi səhnədən çıxmasının bir neçə üsulu var. Biri dağılmadır, digəri isə tədricən çürümədir. Bunlar təşkilatın dağılmasını rəsmən elan etmək istəmirlər, lakin həmin təşkilatda çürümə gedir. Tədricən ictimai rəydən itir. Necə ki böyük təşəbbüslə bir təşkilat yaratdılar, elə də onun buraxılması barədə qərar versələr, daha abırlı olar. Azərbaycan müxalifəti də öz platformasına qayıdar”, - ADP sədri vurğulayıb. 

Mənbə:Milli.az

5 sentyabr 2013
GO BACK