Qadin.NET / Bakıda yenilik: qonşu qonçusunu izləyəcək?

Bakıda yenilik: qonşu qonçusunu izləyəcək?

 

 


Bakı şəhərindəki müxtəlif obyektlərdə izləmə kameraları quraşdırılıb. Mağazlarda, idman mərkəzlərində, salonlarda kameralar vasitəsilə insanların hərəkəti izlənir. Lakin kameralar şəxsi mənzillərə də quraşdırılır. Oxucu yazır ki, onunla bir blokda yaşayan qonşusu mənzilinin qarşısına deyil, blokun girişinə izləmə kamerası yerləşdirib. Həmin şəxsin insanların gediş-gəlişinin olduğu yerə icazəsiz kamera qoyması düzgündürmü? 
Hüquqşünaslar hesab edirlər ki, bloka və ya küçəyə kamera qoyulması qonşuların güdülməsidir. 
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Müzəffər BaxışMilli.Az-a açıqlamasında bildirdi ki, bloka və ya binaların ümumi girişinə kamera quraşdırılmasına yalnız qanunvericilikdə nəzərdə tutulan halda icazə verilə bilər. 
Ekspertin sözlərinə görə, əgər qonşu tərəfindən bununla bağlı şikayət varsa, bu, Konstitutsiyanın 32-ci maddəsinin tələblərinin pozulmasıdır. Qanunvericilikdə nəzərdə tutulan hallar Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin halları ilə eynidir. 
M.Baxışın fikrincə, kimsə kamera qoyursa, bu, digər qonşunun təhlükəsizliyi üçün heç bir təminat vermir: “Mağazada və ya obyektlərdə quraşdırılsa, bu, normal sayıla bilər. Bloka kamera qoyan adam cinayətkar da ola bilər. Polis cinayət törədən şəxslə bağlı kamera qura bilər və bununla bağlı məhkəmənin qərarı olmalıdır. Bu izləmə də 6 ay müddətindən artıq ola bilməz”. 
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini, polis polkovnikiSabir Quliyev Milli.Az-a açıqlamasında bildirdi ki, qonşu binanın girişinə kamera qoyubsa, burada kiminsə izlənməsindən söhbət getmir. Əgər belə bir şübhə varsa, bunu sübut etmək lazımdır. Rəis müavininin sözlərinə görə, qanunvericilikdə də bununla bağlı hər hansı qadağanın olmasını düşünmür: “Əgər qonşu binanın girişinə kamera qoyulmasından narahatdırsa və güdüldüyünü ehtimal edirsə, şikayət etməlidir. Belə olan halda araşdırma aparıla bilər”. 

Mənbə:Milli.az

5 sentyabr 2013
GO BACK