Mədəniyyət və Turizm Nazirliyi insanların kitablara marağını artırmaq üçün mütailə avtobusları - səyyar kitabxanalar təşkil edəcək.
Nazirliyin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova Trend-ə bildirib ki, səyyar kitabxanalar onlara ehtiyacın olduğu yerlərdə təşkil ediləcək. Bununla bağlı təkliflər hazırlandıqdan sonra səyyar kitabxanaların yaradılması üçün işlərə başlanacaq.
L.Məmmədova hesab edir ki, layihənin icrasına 2014-cü ildən başlanıla bilər.
Hazırda kitabxanaların pasportlaşdırılması işinin həyata keçirildiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, mütaliə avtobusları şəhərlərdən kəndlərə gedəcək: "Avtobuslar müəyyənləşdirilmiş yerlərdə əhaliyə kitabları verəcək. Bir müddətdən sonra isə kitabları geri toplayacaq. İndi bütün dünyada mütaliəyə maraq azalıb. Ona görə də hamı çıxış yolu axtarır".
Mənbə: Trend.az