Amerikanın Apple şirkəti bu gün yeni nəsil iPhone smartfonlarının təqdimatına dəvətlər göndərib. Qurğular sentyabrın 10-da nümayiş etdiriləcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Silikon Vadisinin ekspertləri əmindirlər ki, Amerika korporasiyası eyni anda qurğunun iki versiyasını (əsas və büdcəyə uyğun) təqdim edəcək. Mütəxəssislər hesab edirlər ki, Apple artıq yalnız bahalı smartfonların istehsalı ilə məşğul olmayacaq.
Güman edilir ki, iPhone smartfonunun büdcəyə uyğun versiyasının korpusu plastik materialdan hazırlanacaq: müxtəlif rəngli çıxarılan panellərdən ibarət model təqdim ediləcək.
Bir sıra KİV məlumatlarına əsasən, bu cür qurğu iPhone 5C, əsas smartfon isə iPhone 5S adlanacaq.
Mənbə: Milli.az