Qadin.NET / Çürüyən uşaqlar Bakıya gətirildi

Çürüyən uşaqlar Bakıya gətirildi

 

Çürüyən uşaqlar Bakıya gətirildi

 

Ağdamda bulyoz epidermoliz xəstəliyindən əziyyət çəkən 14 yaşlı Akif Məmmədov və 4 yaşlı bacısı Dilarə Məmmədova müalicə üçün Bakıya aparılıb. Bu haqda Ağdam Mərkəzi Rayon xəstəxanasının baş həkimi Gülnar Abbasova məlumat verib. Onun sözlərinə görə, xəstəxanadan uşaqların dayısı Qabil Məmmədovla əlaqə saxlanılıb. Q. Məmmədov bildirib ki, uşaqlar  Bioloji Təbabət Klinikasında alman mütəxəssis tərəfindən müayinə

olunduqdan sonra 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə köçürülüb.

Qabil Məmmədov Lent.az-ın əməkdaşı ilə söhbətində deyib ki, hazırda uşaqların hər ikisinin səhhəti normaldır. O, Azərbaycan xalqına öz minnətdarlığını da bildirib: “Mənə gün ərzində saysız-hesabsız zənglər gəlir, hətta Rusiyadan zəng edib köməklik göstərməyə hazır olduqlarını bildirənlər var. Hər kəsə ailəmiz adından təşəkkür edirəm.” 

Xatırladaq ki, Dilarə və Akif Məmmədovların atası bir neçə gün öncə infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, çürüyən uşaqlarla bağlı məlumatı ilk olaraq Lent.az yayıb. 

 

Mənbə: Milli.az

4 sentyabr 2013
GO BACK