Qadin.NET / Avropa birinciliyində ilk medalımız xanımımızdan gəldi

Avropa birinciliyində ilk medalımız xanımımızdan gəldi

 

 

Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının aktivinə ilk medal yazılıb. 
Yaşı 17-yə qədər olan qızların yarışında Mərziyyə Məhərrəmova 48 kq çəki dərəcəsində bürünc medal qazanıb. 
Bu, tarixi nəticədi. Çünki Azərbaycanın tarixində ilk dəfə idi ki, yeniyetmə qızlarımız Avropa birinciliyində iştirak edirdi. İlk cəhddən medal qazanılması çox böyük uğurdu.  
Mərziyyə birdən qaldırma hərəkətində birinci yanaşmasında 63 kq-ı ram edib. Ancaq o, daha sonra sifariş etdiyi 66 kq-lıq ştanqı baş üzərinə qaldıra bilməyib. 
Goranboylu gənc atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, əvvəlcə 78 kq-ı başı üzərinə qaldırıb. Sonra sifariş verdiyi 82 kq-ı isə üçüncü yanaşmada ram edib.  
Toplamda 145 kq (63 kq + 82 kq) nəticə göstərən Mərziyyə, Avropa birinciliyinin bürünc medalçısı olub. 
Mənbə: Milli.az
4 sentyabr 2013
GO BACK