İsveçli iş adamı "Boeing 747 Jumbo" sərnişin laynerini 27 otaqlı otelə çevirib. Təyyarə-otelin pilot kabinəsi isə "Penthouse Suite" olub.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 450 yerlik köhnə aerobus hazırda İsveçin paytaxtı Stokholmdakı Arland hava limanında "Jumbo Stay Hostel" oteli kimi fəaliyyət göstərir.Oteldə bir nömrənin sutkalıq qiyməti 50 avrodan başlayır.Layihənin müəllifi, iş adamı Oskar Divs 1976-cı ildə satın aldığı "Boeing 747-200"i otelə çevirmək firkinə düşməsindən peşman deyil.
Mənbə: Milli.az