Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin xüsusi istedadı ilə seçilən uşaqların vaxtından əvvəl məktəbə qəbulu ilə bağlı qəbul etdiyi qaydalara əsasən, avqustun 21-dən başlayan sənəd qəbulu artıq sabah yekunlaşır.
Gəncə şəhər Təhsil İdarəsi bu məqsədlə yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən - ibtidai sinif müəllimi, həkim, psixoloq və metodist və komissiya sədrlərindən ibarət 2 komissiya yaradıb. Şəhərin 46 orta ümumtəhsil məktəbindən bu günə qədər 552 sənəd qəbul olunub və onlardan 42-də artıq seçim müsahibələri keçirilib.
Bildirək ki, müsahibələrdə uşaqlar 4 səviyyədə - nitq qabiliyyəti, sadə şifahi hesablama, idrak qabiliyyəti və fizioloji-psixoloji durum yoxlanılır, qiymətləndirilir. Vaxtından əvvəl I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Mənbə: Milli.az