Qadin.NET / Azərbaycanda qızıl ehtiyatları 2 dəfədən çox artıb

Azərbaycanda qızıl ehtiyatları 2 dəfədən çox artıb

 


Trendin-in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
Nazir bildirib ki, son 10 ildə geoloji axtarış-kəşfiyyat işlərində ciddi nəticələr əldə olunub, Azərbaycanın 25 bölgəsində 192 müxtəlif təyinatlı yatağın ehtiyatları balansa alınıb. Bu illər ərzində kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal prosesi təşkil edilmiş, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına qoşulub.
H.Bağırov qeyd edib ki, faydalı qazıntıların kəşfiyyatı istiqamətində Gədəbəy rayonunda mis polimetal filizlərində nüvə geofiziki tədqiqat üsulları ilə platin, qızıl, mis və sinkin yüksək miqdarı müəyyən edilib.
H.Bağırov bildirib ki, ətraf mühitin mühafizəsinə nəzarət sahəsində də irəliləyişlər əldə olunub. 2012-ci ildə Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna daxilolmalar son 10 ildə 8 dəfədən çox artaraq 1,8 mln manata çatıb.

Mənbə: Milli.az

4 sentyabr 2013
GO BACK