Rusiya Suriyaya S-300 zenit raket kompleksinin ayrı-ayrı komponentlərini verib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, sonrakı fəaliyyət hadisələrin inkişafından asılı olacaq.
"S-300-ün ayrı-ayrı komponentlərini vermişik, lakin tam ixrac hələ həyata keçirilməyib. Hələlik bu işi dayandırmışıq. Əgər görsək ki, mövcud beynəlxalq qanunvericiliyin pozulması istiqamətində addımlar atılır, biz gələcək addımlarımızı düşünəcəyik", - o əlavə edib.
Mənbə: Milli.az