Qadin.NET / Hava haqqında - 04.09.2013

Hava haqqında - 04.09.2013

 

Hava haqqında - 04.09.2013
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 19-24°, gündüz 27-32° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaqdır.

Naxçıvan Muxtar Respublikasında 
gün ərzində hava, əsasən, yağmursuz keçəcək. 

Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, 
əsasən, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında 
gün ərzində hava, əsasən, yağmursuz keçəcək. 

Temperaturun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, 
əsasən, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 16-21°, gündüz 26-31° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında 
gün ərzində hava, əsasən, yağmursuz keçəcək. 

Temperaturun gecə 19-24°, gündüz 31-36° isti olacağı gözlənilir.

Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında, 
əsasən, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 20-24°, gündüz 28-33° isti, dağlarda gecə 15-20°, gündüz 20-25° isti olacağı gözlənilir.
Mənbə: Milli.az

 

4 sentyabr 2013
GO BACK