Qadin.NET / Gözəl xasiyyət, xoşrəftar, ədəb və mərifət...

Gözəl xasiyyət, xoşrəftar, ədəb və mərifət...

 

 

Bir gün öz dəstəsi ilə səyahətə çıxan və ədəb və məriufəti ilə tanınan şah yolayrıcındakı ağacın altında oturan bir korun yanından keçərkən soruşur:
 
- Cənab! Bu yollardan hansı məni kəndə daha tez çatdırar?
 
Kor kişi cavab vermir...
 
Bir az sonra dəstədən başqa birisi kora yaxınlaşaraq:
 
- Ay yoldaş! Bu yollardan hansı kəndə aparar?
 
Bir az sonra dəstədən başqa birisi kora yaxınlaşıb təpik vuraraq:
 
- Axmaq! De görüm bu yollardan hansı bizi kəndə aparar?
 
Kor kişidən cavab gəlmədiyini görüb şah və ətrafındakılar yollarına davam edirlər.
 
Onlar uzaqlaşandan sonra kor gülməyə başlayır. Yanındakı dostu gülməyinin səbəbini soruşur. Yaşlı cavab verir:
 
- Məndən kəndə gedən yolu soruşanların birincisi ölkənin şahı, ikincisi onun vəziri, üçüncüsü isə mühafizəçisidir.
 
- Sən ki, görmürsən... Bunu necə başa düşdün?
 
- Gözəl xasiyyət, xoşrəftar, ədəb və mərifət insanın qanında olur. Ədəbli insan öz ədəbini hər yerdə nümayiş etdirir. Alicənab şəxs alicənablığını hər yerdə nümayiş etdirər. Alicənablığı olmayan isə nə qədər süni alicənablıq nümayiş etdirməyə çalışsa da, bunu bacara bilməz.
Mənbə: Milli.az
3 sentyabr 2013
GO BACK