Qadin.NET / Təbiətin möcüzəsi: bu heyvan ağzı ilə eşidir

Təbiətin möcüzəsi: bu heyvan ağzı ilə eşidir

 

 

Suda-quruda yaşayanlar da bütün heyvanlar kimi, qulaqları ilə eşidirlər. Lakin Seyşel adalarındakı Qardiner qurbağaları təbiətin möcüzəsi sayıla bilər.
Çünki bu qurbağalar ağızları ilə eşidirlər. 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, fransız alimlər rentgen şüalarından istifadə edərək Qardiner qurbağalarını tədqiq ediblər. Araşdırmanın nəticələrinə görə, qurbağanın ağzındakı xüsusi sümük arakəsmə vibrorezonator rolunu oynayır və səs dalğalarını gücləndirir.
Alimlərin fikrincə, bu qurbağalar qədim supermaterik Qondvananın relikti sayıla bilər.
Fransadakı Rutye Universitetinin (University of Poitiers) professoru Reno Bustelin (Renaud Boistel) başçılıq etdiyi qrupun hesabatında bildirir ki, ağızdakı həmin sümük arakəsmə nəticəsində qurbağalar əla eşidirlər:
"Ağız boşuluğundakı sümük arakəsmə orta qulaqdan yararlanmadan səsi effektiv eşitməyə imkan verir. Qurbağanın dərisi gələn səs dalğasının 99 faizini əks etdirir. Buna görə də Qardiner qurbağaları orta qulaqcığa malik olmadıqlarından məhz bu minvalla eşidirlər. Sixrotron rentgen mənzərəsi də zənnimizdə yanılmadığımızı sübut etdi".
Mənbə: Milli.az
3 sentyabr 2013
GO BACK