Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov bildirib.
A.Rəhimov bildirib ki, bu park Bayılda tikilən velosiped parkının nəzdində inşa olunacaq: "Dənizkənarı Milli Parkda rolik parkının yaradılması üçün sahə tapılmayıb. Bu səbəbdən Bayılda tikilən böyük velosiped parkında bu sahəni yaradacağıq".
A.Rəhimov bildirib ki, hazırda Xaçmaz rayonunda yerləşən Olimpiya İdman Kompleksində rolik parkı açılıb.
Nazir vurğulayıb ki, Rolik Federasiyası artıq ölkədə mövcuddur və təşkilati işləri həyata kerçirəcək.
Nazir A.Rəhimov, həmçinin qeyd edib ki, sentyabrda Göygöl rayonunda Olimpiya İdman Kompleksinin açılışı həyata keçiriləcək. Ağcabədi və Abşeron rayonlarında isə Olimpiya İdman Komplekslərinin tikintisi istiqamətində işlər gedir.
Nazir vurğulayıb ki, bu il Bakıda Olimpiya Hərəkatı və İdman Muzeyinin təməlqoyması həyata keçiriləcək.
Mənbə: Milli.az