BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bəyan edib ki, davam edən münaqişə səbəbindən ölkələrini tərk etməyə məcbur olan suriyalı qaçqınların sayı 2 milyona çatıb.
Trend BBC telekanalına istinadən məlumat verir ki, son yarım il ərzində qaçqınların sayı iki dəfə artıb.
Daha 5 milyon nəfər vətəndaş müharibəsindən ölkənin digər rayonlarına qaçıb.
Ümumilikdə əhalinin təqribən 1/3-i öz evlərini tərk edib.
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş bildirib ki, qaçqınların əksəriyyəti dözülməz şəraitdə yaşayır, lakin onlara kömək etmək mümkün deyil.
Mənbə: Milli.az