Qadin.NET / Azərbaycanda kitabxanaların hansı meyarlarla birləşdirildiyi açıqlandı

Azərbaycanda kitabxanaların hansı meyarlarla birləşdirildiyi açıqlandı

 

 


Nazirliyin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova Trend-ə bildirib ki, "Azərbaycanda kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, respublikanın şəhər və rayonlarında bir çox kitabxana filialları birləşdirilməlidir.
Nazirlik rəsmisinin sözlərinə görə, oxucusu az, kitab fondu zəngin olmayan, heç bir dövrü mətbu nümunələri almayan, uzun illər cari və əsaslı təmir olunmayan, inventar avadanlıqlarla təmin edilməyən, kompüteri, internet xətti, WI-FI zonası, elektron kitabları olmayan, elementar şəraiti, yəni elektrik enerjisi ilə təminatı, telefonu, istilik sistemi olmayan kitabxana filialları birləşdirilir. Kitabxanaların birləşdirilməsi Nazilər Kabinetinin razılığı ilə həyata keçirilir.
L.Məmmədova deyib ki, son 3 il ərzində təxminən 500-ə yaxın kitabxana filialı birləşdirilib. Onun sözlərinə görə, hansı kitabxanaların birləşdiriləcəyi yerlərdə aparılan monitorinqlərdən sonra məlum olur: "Kitabxanalar birləşdirilərkən bir çox amillər nəzərə alınır. Biz milləti kütləvi savadsızlığa apara bilmərik. İndiyə qədər birləşdirilən kitabxanaların işçiləri də ixtisar edilməyib və onların hamısı yeni işlə təmin edilib".

 

Mənbə: Milli.az

2 sentyabr 2013
GO BACK