Qadin.NET / Bakının 3 rayonu susuz qalacaq

Bakının 3 rayonu susuz qalacaq


"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində Bakı-Ələt avtomobil yolunun 67-ci kilometrliyində yol qovşağının tikintisi ilə bağlı Kür su kəmərləri sisteminin magistral xətlərindən birinin avtomobil yolunun altına düşən hissəsi köçürülür. Köçürülmə işlərinin aparılması ilə əlaqədar 2 sentyabr 2013-cü il tarixdə həmin magistral xətlə Bakı şəhərinə suyun verilməsi dayandırılıb.
Bununla əlaqədar paytaxtın Qaradağ rayonuna, eləcə də Binəqədi və Səbail rayonlarının bir hissəsinə içməli su 48 saat müddətində fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

 

Mənbə: Milli.az

2 sentyabr 2013
GO BACK