Xaçmaz rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunun 141 kəndindən 54-ü mavi yanacaqla təmin olunub. Kəndlərin qazlaşdırma işləri bu il də davam etdirilir. Belə ki, bu ilin sonunadək daha 12 kəndin, yəni 1700 abonentin qazla təmin edilməsi planlaşdırılır.
Bununla da rayonda qazdan istifadə edən abonentlərin sayı 22 min 540 nəfərdən 24 min 240 nəfərə çatdırılacaq. Rayonun bir neçə istiqamətində aparılan işlər Hülövlü, Şıxhaput, Qaraçay-cek, Şıxlar və Aşağı Zeyid kəndlərini də əhatə edir. Kəndlərin qazlaşdırılma işlərinə ötən ilin sentyabr ayından başlanılıb. Bu müddət ərzində Hülövlüdə 420, Şıxhaputda 98 Şıxlar kəndində isə 100 abonent üçün yeni qaz xətləri çəkilib.
Adıçəkilən yaşayış məntəqələrində ümumilikdə 385 sayğac quraşdırılıb. Hazırda son tamamlanma işləri aparılır. Uzun müddət yanacaq kimi odundan istifadə edən sakinlər isə görülən işlərin məqsədə uyğun olduğunu bildiriblər.
Mənbə: Milli.az