Bakının mərkəzi küçəsində kanalizasiya quyusu insanlar üçün təhlükə mənbəyidir. Milli.Az-ın məlumatına görə, Şıxəli Qurbanov küçəsində, “beşmərtəbə” adlanan ərazidə avtobus dayanacağında kanalizasiya quyusunun qapağı açılıb. Həmin quyuya boru vasitəsilə su axıdılır. Quyunun açıq olması maşınların hərəkətinə mane olur.
Yasamal rayon Su İdarəsinin rəisi Vaqif Cəbrayıllı Milli.Az-a açıqlamasında bildirdi ki, həmin quyudan xəbərdardır. İdarə rəisinin sözlərinə görə, yaxınlıqda tikilən hündürmərtəbəli binanın zirzəmisi qrunt suları ilə dolub. Həmin su nasos vasitəsilə çəkilərək kanalizasiya quyusuna boşaldılır. V.Cəbrayıllı əlavə etdi ki, işlər başa çatdırılandan sonra quyunun qapağı yerinə qoyulacaq.
Mənbə: Milli.az