"Dünya birliyi Suriyaya qarşı qətiyyətli tədbirlər görməyənə qədər Bəşər Əsəd rejimi kütləvi qətlləri davam etdirəcək". Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
"Dünya birliyinin qərarı BMT Təhlükəsizlik Şurasının beş daimi üzvinin əlindədir və bu antidemokratikdir".
Baş nazir, o cümlədən vurğulayıb ki, Türkiyə Suriyada qan tökülməsini dayandıracaq istənilən addımı dəstəkləyir.
Mənbə: Milli.az