Qadin.NET / Suriya ilə bağlı şok iddia: Amerika təyyarəsi vuruldu

Suriya ilə bağlı şok iddia: Amerika təyyarəsi vuruldu


Bütün dünya hazırda ABŞ-ın Suriyaya hücumunu təşviş içində gözləyir. Ancaq belə məlum olur ki, ABŞ artıq bir dəfə hücum etməyə cəhd edib, lakin hücum iflasa uğrayıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Hizbullah"a yaxın Əl-Manar televiziyası məlumat yayıb.
Telekanalın məlumatna görə, avqustun 31-də Suriyanın hava hücumundan müdafiə sistemi ABŞ-a məxsus F-22 təyyarəsini vurub. Həmin təyyarə İordaniya tərəfdən Suriya sərhədlərinə daxil olmaq istəyirmiş, lakin "Pançir" kompleksi ilə həmin təyyarə zərərsizləşdirilib. 
Ehtimal edilir ki, ABŞ-ın ilk cəhdinin uğursuz olması səbəbindən Obama hücumla bağlı vaxtı uzadır. 

Mənbə: Milli.az

2 sentyabr 2013
GO BACK