Qadin.NET / Maraqlı tədqiqat: beyindən beyinə informasiya ötürülür

Maraqlı tədqiqat: beyindən beyinə informasiya ötürülür

Vaşinqton Universitetinin tədqiqatçıları internet bağlantısı vasitəsilə informasiyanın bir insan beynindən digər insan beyninə ötürülməsi üçün interfeys yaradıblar.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, universitetdə keçirilən sınaqlar zamanı tədqiqatçı Raceşu Rao təfəkkür gücü ilə sınağın ikinci iştirakçısı - həmin anda xəttin digər sonunda olan Andrea Stokkun barmağını klaviatura üzərində hərəkətə gətirməyə nail olub.

Siqnalın beyindən beyinə ötürülməsi üçün adi internet bağlantısından istifadə olunub. Əvvəllər laboratoriya siçovullarının iştirakı ilə belə sınaq Dyuk Universitetində keçirilib, habelə  Harvard Universitetinin tədqiqatçıları tərəfindən insan beyninin idarə olunan siqnallarının siçovula ötürülməsi göstərilib. Vaşinqton Universitetində baş tutan sınaq insanlar arasında bilavasitə informasiya mübadiləsinin ilk nümayişi olub.

Mənbə: Lent.az

1 sentyabr 2013
GO BACK