Akkumulyator batareyasının enerji çatışmazlığı smartfon və planşetlər üçün həmişə problemdir. Müasir cihazların əksəriyyəti çıxarılmayan akkumulyatorlarla təchiz edilib və bu, problem yaradır, çünki enerjidoldurma qurğusunu özünlə daşımaq heç də rahat deyil.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ChargeCard təxminən kredit kartı qalınlığında enerjidoldurma qurğusudur və noutbuka qoşulması üçün USB konnektora malikdir. ChargeCard vasitəsilə mobil telefonu avtomobil elektrik şəbəkəsi və ya noutbuk vasitəsilə enerji ilə doldurmaq olar.
Sözügedən enerjidoldurma qurğusu pul kisəsində belə yerləşə bilər. Qurğunun qiyməti 25 dollardır.
Mənbə: Milli.Az