Meizu şirkəti sentyabrın 2-də MX3 smartfonunu təqdim edəcək. Artıq şəbəkədə yayılmış informasiyaya əsasən, aparatın daxili yaddaşı 16-128 QB olacaq. Bundan başqa, aparat NFC çipi ilə də təchiz ediləcək. İlkin məlumatlara əsasən, baza modelinin qiyməti təxminən 326 dollar olacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon 5,1 düymlük Full HD təsvir ölçülü ekran, 8 nüvəli Exynos 5 prosessoru, 2 QB əməli yaddaş və 13 meqapiksellik kamera ilə təchiz edilib.
Mənbə: Milli.az