Seçkiqabağı təşviqata ödənişli əsaslarla qoşulmaq barədə qərar qəbul etmiş KİV-in bildiriş təqdim etməsi üçün son tarix sentyabrın 2-də bitir.
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, seçkiqabağı təşviqata ödənişli əsaslarla qoşulmaq barədə qərar qəbul edən KİV-lər sentyabrın 2-dək MSK-ya müraciət etməlidir.
Məlumatda o da qeyd olunub ki, avqustun 31-dək 1 televiziya, 19 qəzet, Mərkəzi Seçki Komissiyasına müraciət edərək ödənişli təşviqat aparmaq istəyini rəsmiləşdirib. Qeydə alınan digər media quruluşları agentlik, portal və internet televiziyasıdır.
Mənbə: Milli.az