Türkiyə polisi təhlükəsizlik tədbirləri çərçivəsində Taksim meydanı “Gəzi parkı”na girişi bağlayıb. Anspress Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Sülh Günü ilə əlaqədar olaraq bir qrup insan “Twitter” sosial şəbəkəsidə insanları itaətsizliyə səsləyib. Bu səbəbdən də hərəkətə keçən polis Taksim meydanı ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
Polis “Gəzi parkı”na giriş-çıxışları bağlayıb. Eyni zamanda ölkə daxilində metro səfərlərində də məhdudiyyət tətbiq edilib.
Hazırda polis vətəndaşları alternativ olaraq digər istirahət məkanlarına istiqamətləndirir.
Taksim meydanını əhatəyə alan çevik polis qüvvələr hazırlıq vəziyyətinə gətirilib.
Mənbə: Milli.az