Qadin.NET / Həftənin ilk iş günündə hava necə olacaq?

Həftənin ilk iş günündə hava necə olacaq?

Həftənin ilk iş günündə havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 2-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Bakıda gecə 21-23, gündüz 24-26 dərəcə isti, Abşeron yarımadasında temperatur gecə 19-24, gündüz 24-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 2-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22, gündüz 28-33 dərəcə isti olacaq.
Aran rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperatur gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.
Mənbə:Milli.az 

1 sentyabr 2013
GO BACK