Qadin.NET / Rusiyada oxuyanlara bəd xəbər

Rusiyada oxuyanlara bəd xəbər

Rusiyada oxuyanlara bəd xəbər

Rusiyada qəbul edilən yeni qanun dəyişikliyinə görə, tələbə yataqxanalarının qiymətləri 10 dəfəyə qədər bahalaşa bilər. Anspress-in məlumatına görə, tələbə yataqxanalarında qalma qiymətlərinin tələbə təqaüdünün 5 faizindən artıq olmamasını nəzərdə tutan qanunun ləğv edilməsi yataqxana giymətlərinin artırılmasına yol açıb. 
Yeni nizamlamaya görə, ali təhsil qurumları bundan sonra yataqxanalarının xərclərini özləri qarşılamalıdırlar. Yataqxanalardakı qiymətin orta hesabla 10 qat artacağı gözlənilərkən, bəzi yataqxanalarda tələbələrin ayda 200 dollar pul ödəcəyi bildirilib. 
Qeyd edək ki, Rusiya ali məktəb yataqxanalarında qalmağın orta qiyməti 20 dollara yaxındır.

Mənbə: Milli.az

1 sentyabr 2013
GO BACK