Qoç - dayanın, ətrafınıza diqqətlə baxın. Yeni orientirlərin seçildiyi zamandır. Təklif edilən imkanlardan yararlanın.
Əsas diqqəti işə yönəldin. Şəxsi problemlərin çözülməsi bir qədər gözləyə bilər. İddialarınızın səviyyəsini artırın, yeni mövzuları araşdırın.
Əsas diqqəti işə yönəldin. Şəxsi problemlərin çözülməsi bir qədər gözləyə bilər. İddialarınızın səviyyəsini artırın, yeni mövzuları araşdırın.
Günün ikinci yarısındakı hadisələr problemlərlə bağlı ola bilər. Amma məhz həmin problemlərin sayəsində indi diqqət mərkəzində olan nəsnələrin gerçək dəyərinə bələd olacaqsınız.
Səhhətinizə fikir verin, idmanla məşğul olun.
Axşam saatlarında stressdən qurtulmaq üçün dəniz kənarına, təbiət qoynuna yollanın, istirahət edin.
Buğa - aktiv, qətiyyətli, inamlı olun. Hədiyyə və ya xoş xəbərin alınması istisna deyil. İşlərinizdə tələskənliyə yol verməyin.
Yeni işlərə başlayarkən qısamüddətli problemlər yarana bilər. Cari işlərdə maneələri asanlıqla dəf edəcək və yaxın ətrafınızdakı insanlarla razılığa gələrək gözləntilərinizdən artıq sonuclara nail olacaqsınız.
Daxili gərginlikdən qurtulmaq, müəyyənliyə varmaq, suallara cavablar almaq imkanları var. Bəzi məqamlar dəyişir.
Aramsız olaraq irəliləməyə çalışın. Resurslarınız və əlaqələrinizdən istifadə edin.
Əkizlər - sizi çoxdan bəri narahat edən problem həllini tapacaq.
Yeni maraq, orientir yaranır. Təklifləri diqqətlə nəzərdən keçirin. Müvəqqəti çətinliklər sizi ruhdan salmasın.
Yeni maraq, orientir yaranır. Təklifləri diqqətlə nəzərdən keçirin. Müvəqqəti çətinliklər sizi ruhdan salmasın.
Cari fəaliyyətin yeni, alternativ yanaşmaya ehtiyacı var.
Gəlirlər sizi təmin etmirsə, məşğul olduğunuz işdə perspektiv görünmürsə, situasiyanı təhlil edin.
Mühüm qərarın qəbulu üçün əlverişli zamandır.
Şərtlər və yaşanan proseslər sizi astagəllikdən qurtulmağa çağırır. Doğrulmamış ümidlər sizi bədgüman etməsin: yeni layihədə və münasibətlərdə şansı sınamaq olar.
Hadisələri tələsdirməyin. Bütün mühüm məsələlərdə qarşı tərəfin fikrini nəzərə almaq şərtilə dominion mövqe tutun.
Xərçəng - ətalətli və tənbəl olmayın, yeni işlərə və layihələrə başlayın. Köhnə mövzular və yarımçıq işləri məntiqi nəticə ilə sonuclandırın.
Günün ortalarında bir qədər nəfəs dərin, dincəlin.
Dostlarla görüşün, çoxdan bəri görmədiyiniz insanla əlaqə saxlayın. Yeni işgüzar əməkdaşlıq və şəxsi marağın təminatı istisna deyil.
Resurs və ehtiyatların qeydinə qalın. Az sonra bütün vaxtınızı və diqqətinizi alacaq iş başlayacaq.
Ətrafınızdakı insanların sözlərinə qulaq asın. Amma tərəfdaş və iş yoldaşınızın işdən yayınmasına imkan verməyin.
Şəraitin əlverişli olduğunu hiss edəndə layihəni reallaşdırmağa başlayın.
Şir - dostlarla görüş, şəxsi planların reallaşdırılması üçün yaxşı gündür. Parlaq təəssüratlar, gec unudalacaq emosiyalara can atırsınız. Sizə maraqlı gələn işlə məşğul ola bilərsiniz.
Planlar gün ərzində dəyişə bilər. Bir yerə getməyə çalışsanız da, sonradan fikrinizi dəyişərək fərqli vəziyyətə düşəcəksiniz.
Situasiyanın məzmunu dəyişir, imkanlarınız genişlənir.
Qəfil və gözlənilməz xərclər istisna deyil. Amma bu xərclərdən sonra pərişanlıq hissi yarana bilər.
Şəxsi münasibətlərdə mini-stresslər olacaq. Axşam saatlarında xoş xəbər alacaqsınız.
Qız - zəngin, amma birmənalı olmayan gündür. Bəzi şəxsi işlərinizi qurban verməli olsanız belə, ünsiyyətdən imtina etməyin. Maraqlı informasiyanın alınması, cari problemin çözüm yolunun tapılması mümkündür.
Münaqişələri yoluna qoyun, təmasların perspektivlərini müzakirə edin. Nəticənin heç də həmişə sərf edilmiş səylərin miqdarından asılı olmadığını anlayacaqsınız.
Münaqişələri yoluna qoyun, təmasların perspektivlərini müzakirə edin. Nəticənin heç də həmişə sərf edilmiş səylərin miqdarından asılı olmadığını anlayacaqsınız.
Bilik, məlumat və ya münasibətlərin yeni sahələrini tədqiq etmək istsəniz, pozmağa çalışdığınız yasaqları və aparacağınız eksperimentlər üçün müstəvini araşdırın.
Günün ikinci yarısında əvvəllər ehtiyatlı və təmkinli davrandığınız istiqamətlərdə cəsur, qətiyyətli olun.
Tərəzi - yolunuzda yaranan sədləri təkbaşına dəf etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin və ya hadisələrə təsir imkanlarına malik adamın təklif etdiyi yardımlardan istifadə edin.
Eksperimentlər aparmaq, yeni metodları sınamaq olar. Bir şərtlə ki, uğursuzluq olarsa, məsuliyyət bütünlüklə çiyinlərinizə düşməsin.
Təcrübəsi sizdən az həmkarlarınızdan dəstək və məsləhətlərinizi əsirgəməyin. Bir müddət sonra onlar sizə faydalı olacaqlar.

Əqrəb - əhəmiyyətli, ciddi işə başlamaq, yeni layihəyə hazırlaşmaq olar. Fəaliyyətin yeni mərhələsinə start verin.
Yeni metodları tətbiq edin. Başqalarının cürət etmədiyi işə başlaya bilərsiniz.
Uğur tam təminatlı olmasa da, riskə getmək olar. Uzaqdan xoş xəbərlərin gəlməsi istisna deyil. Poçt qutularını yoxlayın. Sizi maraqlandıran təmaslarda aktivləşin.

Günün ikinci yarısında eqoizm, tələskənlik, hövsələsizlik şəxsi münasibətlərdə çətinlik yarada bilər. Uzaq məsafəli təmaslar, virtual ünsiyyətdə qarşılıqlı anlaşma şansları var.
Oxatan - günün mövzuları perspektivlidir. Vaxtınızı xırdalıqlara sərf etməyin.
Gerçəkdən də, maraqlı olan təklifləri və ya öz ideyalarınızı nəzərdən keçirin. Konkret məqam diqqətinizi cəlb edə bilər. Sınayın, aldığınız cavabı təhlil edin.
Gerçəkdən də, maraqlı olan təklifləri və ya öz ideyalarınızı nəzərdən keçirin. Konkret məqam diqqətinizi cəlb edə bilər. Sınayın, aldığınız cavabı təhlil edin.
Yeni işə başlamayın. Sadəcə, cari ağır işi başa vurmağa çalışın.
Əvvəllər qüvvə və ya qətiyyətinizin çatmadığı mövzunu aktivləşdirməyə yaxşı energetik tonusunuz yardım edə bilər. Sizə söz və ya təklifi olan insanları dinləyin.
Əvvəllər qüvvə və ya qətiyyətinizin çatmadığı mövzunu aktivləşdirməyə yaxşı energetik tonusunuz yardım edə bilər. Sizə söz və ya təklifi olan insanları dinləyin.
Ailədəki münasibətlər gərilibsə, sərt danışmayın, tənqid etməyin.
Səhhətinizə fikir verin, yağlı yeməklər yeməyin. İdmanla məşğul olun.
Dəyişikliklər və yeniliklər üçün əlverişli zamandır.
Oğlaq - həyat daha da müxtəlifləşir, fərqli məqamlar aşkarlanır.
Bütün bunlar razılıq hissindən daha çox əlavə iş və yük vəd edir. Şəxsi münasibətlərdəki gərginlikdən qurtulun. Konstruktiv addımlar atın, düşünülmüş şəkildə davranın.
Bütün bunlar razılıq hissindən daha çox əlavə iş və yük vəd edir. Şəxsi münasibətlərdəki gərginlikdən qurtulun. Konstruktiv addımlar atın, düşünülmüş şəkildə davranın.
Gərəksiz, heç bir ehtiyac duyulmayan sözlər deməyin.
Günün ikinci yarısında hövsələsizlik, qısqanclıq, hansısa məsələdə mütləq şəkildə öz fikrinizi təsdiqləmək hisslərindən uzaq olun.
Münasibətlərinizi problemlər və laübədən qorumaq istəyirsinizsə, həssas, səmimi olun.
Axşam saatları görüş və ünsiyyət vəd edir. Tanışlar barədə əlavə məlumatlar əldə edə bilərsiniz. Suallar verin, dinləyin, anlayın. Müzakirə etmək istədiyinizdən ağır və dərin problemlə qarşılaşmaq istəmirsinizsə, ciddi məsələləri gündəmə gətirməyin.
Dolça - əldə etdiyiniz nəticələrin diqqətlə araşdırılmasına ehtiyac var. Qüvvə və səylərinizi məhsuldar olmayan istiqamətdə sərf etdiyinizi dərk etsəniz, sürətli qərar qəbul edin. Mühüm sahədə uğur əldə etmək üçün imtina etməyiniz gərəkən nəsnə var.
Təşəbbüslə çıxış etmək, yeni işlərə başlamaq, tələsmək və gərək olmayan yerdə aktivlik göstərmək lazım deyil.
Daxili narazılıq hissi münasibətlərdə çox pis məqamların yaranmasına səbəb ola bilər.
Hadisələrin adi, rutin axarı sizi təmin edirsə, təmkinli və müdrik davranın. Gələcəklə bağlı planlarınızı emosiyaların təsiri altında qurmayın.
Günün ikinci yarısında mühüm proseslər aktivləşəcək, mental dəstək alacaq.
İdeyalar səviyyəsində olan məsələlər konkret nəticələr verəcək və intuisiyanızın dəqiqliyi ilə seçiminizin dürüstlüyünü təsdiqləyəcək.
Balıqlar - komanda işi, birgə müzakirələr, toplantı və rəqabət üçün yaxşı gündür. Uzunmüddətli səyahət, dövlət qurumlarına baş çəkmək, səfər üçün də əlverişli gün sayıla bilər.
Yaradıcılıqla məşğul olan, maraqlı ideyaya malik insanlar bu gün uğur əldə edə bilərlər. Təbii, səmimi olun. Spontan olay məşğul olduğunuz işə və həmfikirlərinizin mövqelərinə ciddi təsir edə bilər.
Emosional partlayış çoxdan bəri yığılıb qalmış məqamları üzə çıxararaq işinizin xeyrinə ola bilər.
İntuisiyanız sizə faydalı işi və ya istiqaməti göstərəcək.
İntuisiyanız sizə faydalı işi və ya istiqaməti göstərəcək.
Fəaliyyətinizdəki zəif məqamları bədxahlarınızdan əvvəl aşkarlayın.
Mənbə: Milli.az