IDC analitik şirkətinin məlumatına əsasən, 2013-cü ildə fərdi kompüterlərin qlobal tədarük həcmi gözlənildiyindən daha çox azalacaq. İnkişaf etmiş ölkələrdə olduğu kimi inkişaf etməkdə olan bazarın istehlakçıları da mobil qurğularla daha çox maraqlanırlar.
Milli.Az ICTnews-a istinadən bildirir ki, düzəliş edilmiş qiymətləndirməyə əsasən, 2013-cü ildə qlobal bazara ötən illə müqayisədə 9,7% daha az fərdi kompüter (FK) tədarük ediləcək. IDC analitik şirkətinin may ayında dərc edilmiş əvvəlki proqnozuna əsasən, 7,8%-lik azalma qeydə alınmalı idi. Sözügedən bazar gələn il də azalmağa davam edəcək və 2015-ci ildən sonra cüzi artım qeydə alınacaq.
IDC analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə 315.4 milyon FK tədarük ediləcək. Onun 134.4 milyonunu masaüstü, 181 milyonu yığcam FK təşkil edəcək.
Mənbə: Milli.Az