Qadin.NET / Bu smartfon da su keçirmir

Bu smartfon da su keçirmir


Huawei şirkəti Honor 3 sukeçirməz smartfonunu təqdim edib. Aparat HD təsvir ölçülü 4,7 düymlük ekran, 1.5 QHs takt tezlikli dördnüvəli K3V2 prosessoru, 2 QB əməli və 8 QB daxili yaddaş, microSD kartları üçün slot və 13.1 meqapiksellik Exmor RS kamerası ilə təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, aparata Android 4.2.2 Jelly Bean əməliyyat sistemi quraşdırılıb. 
Sözügedən aparatın akkumulyatorunun həcmi 2230 milliamper/saat təşkil edir.
Mənbə: Milli.az
31 avqust 2013
GO BACK